Ərdoğan Əliyevi Esenboğa hava limanında özü qarşıladı – FOTO

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevi Esenboğa hava limanında prezident Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Prezidentləri vitse-prezident Cevdet Yılmaz, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edib.

Zafer Tv xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.