Fatih Terimin qızı Ali Koça söz atdı – FOTO

Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin qızı Merve Terim “Fənərbağça Beko” – “Anadolu Efes” matçından sonra Aki Koça söz atıb.

Super Liqanın final seriyasının üçüncü matçında “Fənərbağça Beko” və “Anadolu Efes” komandaları üz-üzə gəlib.

“Anadolu Efes”in bu qələbəsindən sonra Merve Terim paylaşım edib.

“Dostlar, nəyə nail olduğunuzu başa düşmürsünüz, böyük partiyanı məhv etdiniz”, – Merve qeyd edib.

Qeyd edək ki, “Fənərbağça”nın prezidenti Ali Koç liqanın 37-ci həftəsində “Qalatasaray”a səfərdə qalib gəldikləri  matçdan sonra futbolçularına “Nə əldə etdiyinizi anlayın. Böyük partiyanı dağıtdınız. Məğlubiyyətsizlik seriyanızı bitirdiniz”, – deyə müraciət etmişdi./BAKU.WS