Afrikanın və Yeni Kaledoniyanın məzlum xalqları Bakıya yığışır – Fransa ifşa olunacaq

Bakı Fransanın əzdiyi məzlum xalqların ümid mərkəzinə çevrilir. Belə ki, paytaxtımızda böyük konfrans keçiriləcək və burada Fransanın Yeni Kaledoniyada törətdiyi vəhşiliklər birinci ağızlardan eşidiləcək.

İyunun 13-də Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloger və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyadan olan jurnalistlər “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyaların rolu” mövzusunda dəyirmi masa və mətbuat konfransı keçirəcəklər.

Konfransın məqsədi həm də dünya ictimaiyyətinin diqqətini Fransa tərəfindən Yeni Kaledoniyada insan hüquqlarının pozulmasına cəlb etməkdir.\\musavat\\