Bakıda zəncirvari qəza: 3 maşın toqquşdu – FOTO

Bakının Binəqədi rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Hüseyn Seyidzadə küçəsində qeydə alınıb. Belə ki, zəncirvari qəzada iki “Hyundai” və “Fiat Doblo” markalı minik avtomobilləri toqquşub.

Avtomobillər yararsız vəziyyətə düşüb. Bir nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.