Yadplanetlilər mövcuddur? – Kosmosdan qəribə siqnallar alındı

Avstraliyada elm adamları neytron ulduzundan gəldiyi deyilən qeyri-adi təkrarlanan siqnal qeydə alıblar.

Bununla belə, onlar digər mümkün siqnal mənbələrini də istisna etmirlər.

Siqnallar bir saat davam edir ki, bu da indiyədək müşahidə edilən ən uzun müddətdir.

Alimlər müşahidə ediblər ki, siqnal bəzən uzun, parlaq impulslar verir, bəzən sürətli və zəif impulslar verir, bəzən isə impulssuz olur.

Siqnallar Qərbi Avstraliya əyalətində yerləşən teleskop vasitəsilə qeydə alınıb.//Oxu.az