Bakıda xəstə baş həkimin otağını yandırdı

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

Zafer Tv APA-ya istinadən bildirir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.

Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.