Novxanıda istirahət mərkəzində qadın oğurluq etdi

İyulun 8-də Novxanı bağlar sahəsində yerləşən istirahət mərkəzində bir nəfərin 3 900 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.