Azərbaycanda seçicilərin sayı açıqlandı

Azərbaycanda seçicilərin sayı açıqlanıb.

Zafer Tv Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə məlumat verib.

Zeynal Nağdəliyev qeyd edib ki, seçici siyahılarının dəqiqləşdirilməsi zamanı aydın olub ki, 2024-cu il iyunun 28-nə olan məlumata əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.