DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı XƏBƏRDARLIQ ETDİ

“Səsvermədən sonra sərbəst toplaşma üçün normalara riayət etməyən qruplaşmaların qarşısı alınacaq”.

Zafer Tv Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.

O bildirib ki, mühüm tədbirin keçirilməsində Daxili İşlər Nazirliyi (DİN) öz üzərinə düşən vəzifələri böyük məsuliyyətlə həyata keçirəcək:

“DİN orqanlarının əməkdaşlarının xidməti fəaliyyət zamanı kobud davranışlara yol verməmələri, şəxslərlə ünsiyyət zamanı nöqsanlardan yayınmaları üçün zəruri tapşırıqlar veriləcək”.