Pezeşkian hökumət üzvü olacaq şəxslərin 18 kriteriyasını açıqlayıb

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian 14-cü hökumətdə xidmət edəcək şəxslərin təyin olunması üçün göstəricilər və meyarları açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, o, hökumət üzvü olacaq şəxslərin 18 kriteriyasını sadalayıb.

Məlumata görə, bunlara aşağıdakılar da daxildir:

Konstitusiyaya və qanunun aliliyinə inam; təmizlik, düzlük və cəsarət; etnik, dini və regional qruplaşma meyllərdən yayınma; ədalətin inkişaf etdirilməsinin zəruriliyinə inam; qadınların, gənclərin tələblərini yerinə yetirmək ideyasına inanan; yaxınlaşma və milli birliyin (İran millətçiliyini nəzərdə tutur-red.) zəruriliyinə inam və s.