Ermənilər Ağdamı belə minalayıb – Video

Bildiyimiz kimi, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Zafer Tv Unikal.org-a istinadən xəbər verir ki, Ağdamdan gələn görüntülər hər kəsi dəhşətə gətirib. Belə ki, təmizlənmə zamanı ərazidə addımbaaddım düşmən tərəfindən basdırılmış minalar aşkarlanıb.

Qeyd edək ki, minanı özündə əks etdirən xəritələrin müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.