Krım körpüsünü mütləq vuracağıq – Danilov

Bizim bunu etmək bacarığımız olsaydı, artıq edərdik. İmkanımız olsa, mütləq edəcəyik.

Bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynanın Rusiyanı Krıma birləşdirən körpünü vurma ehtimalını şərh edərkən deyib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko Ukraynanın Rusiyanı Krıma birləşdirən körpünü tam dağıda bilməyəcəyini, lakin ordan rus qoşunları keçərkən zərbə vura biləcəyini demişdi.