“İndi təhqirdən qarğışa keçiblər” – İzzət izləyicilərə səsləndi

Əlavə gəlir yerim yoxdur. Toylardan nə qazanıramsa, onunla dolanırdım.

ZaferTv.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İzzət Bağırov “Hüseynova bacıları” proqramında deyib. Sənətçi toylardan başqa biznesinin olub-olmaması haqda sualları cavablandırıb. O bildirib ki, tək gəlir yeri toy olub.

İzzət sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən də bəhs edib:

“Bəzi İnstaqram izləyiciləri elə şeylər yazırdılar ki… Əvvəl tənqid yazırdılar. İndi tənqid təhqirə keçib. Təhqir isə qarğışa. Elə qarğışlar yazırlar ki… Heç bir cavab vermirəm, atıram “qara siyahı”ya. Mənim səhifəm sənə xoş deyilsə, baxma. Sonra da sənət adamı çıxıb ona cavab verəndə, olursan mədəniyyətsiz. Amma görün nə yazmısızsa, adam özündən çıxıb. Olmaz axı belə”.