“10-11-ci sinif şagirdləri bütün dərslərini, hələ ki, virtual formada keçəcəklər” – Təhsil Nazirliyi

Bakı, Sumqayıt və Abşeronda 5-9-cu sinif şagirdləri həftədə iki dəfə məktəbə gələcəklər, qalan dərslərini isə virtual formada keçəcəklər.

 ZaferTv.az  Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, 10-11-ci sinif şagirdləri bütün dərslərini hələ ki, virtual formada davam etdirəcəklər.