Türkiyə İraqın şimalında əməliyyat keçirdi: Terrorçular zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı İraqın şimalında PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, əməliyyat zamanı Kandil dağlarındakı PKK mövqelərinə aviazərbələr endirilib.

Zərbələr nəticəsində 10 PKK terrorçusu zərərsizləşdirilib.

İraqın şimalında antiterror əməliyyatları davam etdirilir.