Haqqımızda

“Zafer TV” Azərbaycanın media məkanında fəaliyyətə 44 günlük Vətən müharibəsi dönəmində başlayıb.

“Zafer TV” gündəlik xəbərləri təqdim etməklə yanaşı, Azərbaycanın tarixdəki və günümüzdəki uğurlarını, qələbələrini işıqlandırmağa, tarixi şəxsiyyətlərimizi tanıtmağa, milli dəyərlərimizi və Bütöv Azərbaycan ideyasını təbliğ etməyə, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq örnəklərini gənclərimizə aşılamağa
çalışır.

“Zafer TV” həm gündəlik xəbər kontentini təqdim edir, həm də internet televiziyası qismində çıxış etməklə xəbər izləyicilərinə (oxucularına) və tamaşaçılara eyni vaxtda xidmət göstərən universal media qurumudur.

“Zafer TV” zəfər mediasıdır. Azərbaycan və Türk dünyasına aid fərqli xəbərləri, şərhləri, açıqlamaları burdan izləyin!