Ermənistanda Rusiya tərəfdarlarının kütləvi yürüşü keçirildi…-FOTOLAR

İrəvanda “Rusiya ilə güclü Ermənistan – yeni ittifaq uğrunda” hərəkatı iştirakçılarının yürüşü baş tutub.

ZaferTv.az xəbər verir ki, erməni mediasında yayılan məlumata görə, yürüş Milli Akademik Opera və Balet Teatrının binasından başlayaraq Respublika Meydanına qədər davam edib.

“Yatan hər kəs oyansın!”,  “Nikol, bizim uşaqlar haradadır? Nikol, torpaqlarımız haradadır, bu torpaqları təslim etməyinizə kim icazə verdi? Tiqranakert(Şahbulaq-S.L.) və Şuşa niyə təslim edildi? ” Yürüş  iştirakçılar bu cür  şüar  və suallar səsləndirb. 

Hərəkat iştirakçıları hesab edir ki, Ermənistan-Rusiya münasibətlərini və əməkdaşlığını inkişaf etdirmək lazımdır. Çünki mövcud vəziyyətdən yeganə çıxış yolu budur…