Laçın dəhlizi Bakının nəzarətindədir – Rusiyadan açıqlama

Bundan sonra Laçın dəhlizi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yalnız noyabrın 9-da üçtərəfli bəyanata imza atan ölkələrin, həmçinin Bakıdan müvafiq icazə alan digər məmləkətlərin vətəndaşları daxil ola bilərlər. 

Zafer Tv Bizim.Media-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, Dağlıq Qarabağ münaqişəsinin səbəbkarı Serj Sarkisyaanın kürəkəni Mikael Minasyan Telegram kanalında bildirib.

MÖVZU İLƏ BAĞLI:

Sərhədlər nə vaxt açıla bilər? – “Ermənistan yavaş-yavaş razılığa gəlir” – Politoloq 

Onun sözlərinə görə, İrəvanın akkreditasiyası üzrə fransalı jurnalistlər Qarabağa buraxılmadıqdan sonra Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Vaqarşak Arutyunyana məktub yazıb.

Qeyd  edib ki, mümkün anlaşılmazlıqlardan qaçmaq üçün və yeni göstərişlərə qədər Laçın dəhlizi vasitəsilə yalnız noyabrın 9-da bəyanat imzalayan ölkələrin vətəndaşları buraxılacaqlar.

Sabiq səfir əlavə edib ki, Vaqarşak Arutyunyan bu məktuba məxfilik haqqında qrif qoyub. 

Minasyan bildirir ki, Rusiya və  Ermənistan vətəndaşlığı olmayan şəxslər Dağlıq Qarabağa səfər etmək üçün Bakıdan icazə almalıdırlar.