Qaz ilə əyləcin yerini dəyişik saldı, qəza törətdi -VİDEO

Rusiyal Maykl Litvin adlı gənc lüks avtomobil qalereyasında qəza törədib.

Zafer TV unikal.org-a istinadən bildirir ki, o, avtomobillərdən birini yoxlayarkən qaz ilə əyləcin yerini dəyişik salıb. Nəticədə avtomobili qalereyanın şüşə piştaxtasına çırpıb.

Belə ki, Maykl Litvin rusiyalı sosial media fenomenidir. O, hadisədən sonra sosial şəbəkə hesabında paylaşım edərək qaz ilə əyləcin yerini dəyişik saldığını deyib. Lakin Rusiya mediası Litvinin onun lüks avtomobillərlə tez-tez bu cür zarafatlar etdiyini yazıb. Həmçinin hadisənin videoya çəkilməsinin qəzanı bilərək törətdildiyini göstərən sübut olduğu da qeyd olunub.