Keremlə Handenin hamam səhnəsi “FOX TV”yə baha başa gəldi – VİDEO – FOTO

Türkiyənin məşhur və reytinqli seriallarından olan “Sen çal kapımı” serialı açıq-saçıq səhnələrinə görə yayımlandığı kanalı çətin vəziyyətdə qoyub.

Zafer TV Milli.Az-a istinadla bildirir ki, baş rollarına Kerem Bursinlə Hande Erçelin çəkildiyi “Sen çal kapımı” serialı hamam səhnəsinə görə yayımlandığı kanala problem yaradıb.

Ekran işindəki açıq-saçıq səhnələrə görə FOX TV-dən RTÜK-ə (Türkiyənin Radio və Televiziya Şurası) şikayət edilib və nəticədə kanala cərimə yazılıb.

Həmçinin, FOX TV-nin “baraj” serialına görə də kanala cərimə yazılıb.

Zafer TV sözügedən kadrları təqdim edir: