“Türkiyə Azərbaycan-Ermənistan sərhəddinə bir neçə minlik ordu yerləşdirəcək” – Avia.Pro

“Türkiyə Azərbaycanda iki hərbi hava və bir daimi hərbi baza qurmağa hazırlaşır”.

JAMAZ.İNFO xəbər verir ki, bu barədə Avia.Pro saytı məlumat yayıb.Amma Avia.Pro başqa bir iddia da irəli sürüb. Həmin iddiaya görə, Türkiyə bir neçə min nəfərlik hərbi qüvvədən ibarət ordusunu Azərbaycan-Ermənistan sərhəddində yerləşdirməyi planlaşdırır.

Sayt iddia edir ki, belə bazanın yaradılmasından Rusiyanın xəbəri var. Bölgədə əlavə gərginliyin çıxmaması üçün Ankara ilə Moskva arasında bununla bağlı intensiv danışıqların getdiyi vurğulanır.

Avia.Pro qeyd edir ki, Rusiya Türkiyənin Azərbaycanda hərbi baza qurmasına birbaşa etiraz etməsə də, öz təhlükəsizliyi üçün onların yerlərini müəyyən edərək, həmin bazaları “İsgəndər” raketlərinin hədəfində saxlayacaq. “Bu cür hallara cavab olaraq, Rusiya “İsgəndər” taktiki raket sistemlərini Türkiyənin hərbi hava bazalarına qarşı istifadə etməyə hazırdır.

Azərbaycan ərazisində yaradılacaq hərbi bazaların Rusiyanın raket qüvvələrinin nəzarətində olacağı isə şübhəsizdir”.

Sayt onu da iddia edib ki, Türkiyənin hərbi bazalarını məhv etmək üçün Rusiyaya bir neçə dəqiqə kifayət edəcək.Xatırladaq ki, rus mətbuatı mütəmadi olaraq bu tipli məlumatlar yayırlar. Bir müddət əvvəl Azərbaycanın Türkiyəni dəvət etməsi və qardaş ölkənin Azərbaycanda hərbi baza quracağı barədə də məlumat yayılmışdı. Həmin vaxt Müdafiə Nazirliyi bəyan etmişdi ki, rəsmi Bakı belə bir təşəbbüslə çıxış etməyib. Eyni zamanda, vurğulanırdı ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvü olması səbəbindən hər hansı xarici ölkənin hərbi bazasının ərazimizdə təşkili mümkün deyil.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support