Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar əldə olunub. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.
Zafer Tv bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, Azərbaycanın müxalif cizgili, yaxud da müstəqil sayılan 4 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.
– Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
– Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov
– Abaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,
– Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.
Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçirdiblər.