Dəlidən doğru xəbər…

İranın keçmiş prezidenti Mahmud Əhmədinecat deyib ki, “İran Türkiyə və Səudiyyə Ərəbistanı ilə yan-yana durarsa və birlikdə hərəkət edərsə, bölgənin mənzərəsi tamamilə dəyişər”.O bu mövqeyini sadə və praqmatik fikirlərlə əsaslandırmağa çalışıb.

Belə ki, M.Əhmədinecat bildirib ki, belə bir birliyin olması çox asan şəkildə baş tuta bilər: “Üç ölkə arasında maraqlar mübahisə edilən məsələlərdən qat-qat çoxdur. Bu ortaq maraqları uzlaşdırsaq, hər şey asan olar”.

Hakimiyyətdə olduğu dönəmdə hər kəsi (xüsusən də İsraili, ABŞ-ı və Səudiyyə Ərəbistanını) suçlayan sabiq İran prezidenti indi isə fərqli mövqedən çıxış edir. Mahmud Əhmədinecat sözügedən açıqlamasında ABŞ və Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlar və əməkdaşlıq barədə də mülayim fikirlər səsləndirib.(aa.com.tr)

Zafer Tv xəbər verir ki, bu barədə araşdırmaçı – jurnalist Bəybala Mirzəyevin “Facebook” hesabında paylaşım edib:

“P.S. Deyəsən, İran liderləri zaman keçdikcə davakar siyasət yürütməyin zərərli olduğunu dərk etməyə başlayırlar. Ancaq Səudiyyə də İrandan heç də geri qalan deyil. İran, Səudiyyə və Türkiyə məzhəb çəkişmələrini arxada qoymağı bacarıb, modern düşüncəyə yiyələnə bilsələr və birgə qlobal siyasət yürütməyə başlasalar, bəlkə bu halda İslamın günəşinin nə vaxtsa yenidən doğacağına ümid bəsləmək olar.”