“Biz İlham Əliyevlə və Türkiyə ilə razılaşmaya getməliyik” — Ter-Petrosyan erməni ziyalılarını “satqın” adlandırdı

“Siz razılşamaya bilərsiniz, amma zaman ötdükcə biz İlham Əliyevlə və Türkiyə ilə hansısa razılaşmaya gəlməliyik. Qonşular əbədi düşmən ola bilməzlər”.

Zafer Tv xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, qonşularla əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altında qoyur. Petrosyan bildirib ki, situasiyanın həlli üçün sülh, saziş və xoş qonşuluq münasibətləri lazımdır. Eks prezident deyib ki, bundan sonra Qarabağ probleminin həlli artıq Ermənistandan asılı deyil: “Hansısa erməninin gəlib “Qarabağ məsələsini mən həll edərəm” sözlərini gözləməyin. Beləsi yoxdur. Bu illuziyadır”.

Petrosyan vurğulayıb ki, tənqiddən qorxmur və inandığı həqiqətləri deyir. Eks-prezident ziyalı və elmi dairələrə ünvanlı müraciət edərək onları xalqı azdıran “ən böyük satqınlar” adlandırıb.(azpost.info)