İranın yeni prezidenti barədə ŞOK İDDİA

İranın yeni prezidenti İbrahim Rəisi Ali dini lider Ayətullah Əli Xameneinin xələfi olacaq.

Zafer Tv xəbər verir ki, bu barədə İran mənbələri məlumat yayıb. Yerli media yazır ki, bəzi dairələr Ali dini lider postuna İbrahim Rəisinin layiq olduğunu hesab etmir. Lakin Rəisi özü bu posta layiq olduğunu dilə gətirir.

Qeyd edək ki, yeni dövlət başçısı Əli Xameneinin yaxın adamlarından biridir. İddialara görə, Ali dini lider yeni prezidenti öz yerinə hazırlayır. İranda yekun qərarları Ayətullah Əli Xamenei verir və Ali dini lider Həsən Ruhani adminstrasiyası ilə kiçik problemlər yaşayır. /metbuat.az/