İrəvan hərbi müdafiə üçün bizə müraciət etsə… – Fransa

Fransa müdafiə sferasında erməni hökumətinin bütün ərizələrinə baxmağa hazırdır.

Zafer Tv xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Fransanın Ermənistandakı səfiri Conatan Lakot deyib.

“Ermənistan və Fransa arasında müdafiə sferasında tərəfdaşlığa gəlincə, biz təbii ki, erməni hökuməti tərəfindən göndərilən bütün ərizələrə baxmağa hazır olacağıq. Əlbəttə, biz gərək bəzi reallıqları da nəzərə alaq. Fransa və Ermənistan eyni hərbi alyansın üzvləri deyil”, – deyə o bildirib.//axar.az//