ABŞ ordusunu Slovakiyaya yerləşdirir – Saziş

Vaşinqtonda imzalanan Slovakiya ilə ABŞ arasındakı hərbi əməkdaşlıq haqqında saziş tezliklə təsdiq olunmaq üçün Slovakiya parlamentinə təqdim olunacaq.

Bu barədə Slovakiya televiziyası məlumat yayıb.

Sazişin təsdiqinə dair müzakirə və səsvermənin martın 15-dən gec olmayaraq keçiriləcəyi bildirilib.

İki ölkə arasındakı razılaşmaya əsasən, ABŞ hərbçiləri Malatski-Kuxinya aviabazasından, eləcə də Slovakiyanın digər hərbi obyektlərindən istifadə edə biləcək. Bunun əvəzində Slovakiya ABŞ-dan 100 milyon dollar maliyyə vəsaiti alacaq.