İran səfiri Zəngəzur dəhlizinin açılmasından danışdı

İran regionda nəqliyyat dəhlizlərinin açılmasından yanadır.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyini açıqlayarkən deyib.

Səfir qeyd edib ki, bu, daha çox Azərbaycanla Ermənistana aid məsələdir:

“Biz qəbul ediləcək qərara hörmətlə yanaşacağıq”.

Səfir həmçinin qeyd edib ki, pandemiyaya baxmayaraq, ötən il İranla Azərbayca arasında nəqliyyat daşımalarının həcmi 62,5 faiz artıb.