Baş Prokurorluq: “DSX-nin helikopterinin qəzaya uğraması ilə bağlı istintaq davam etdirilir”

“Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı hazırda istintaq davam etdirilir”.

“Report” xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.

O deyib ki, qəza pilotların səhlənkarlığı ucbatından baş verib.

“Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularıının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib”, – o vurğulayıb.