Bu il də 10 minə yaxın müəllim işə qəbul ediləcək

“Bu il də MİQ imtahanlarında uğur qazanacaq 10 minə yaxın müəllimin işə qəbul edilməsi nəzərdə tutulur”.

Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə bildirib:

“Ötən il müsabiqədə uğur qazanmış 10 mindən artıq müəllim işə qəbul edildi. Bu, rekord göstərici idi. Cari ildə də vakansiyalarda eyni rəqəmə çatmağı planlaşdırırıq”.