Ukrayna Donbas yaxınlığına tanklar yerləşdirdi

Ukraynanın təhlükəsizlik qüvvələri Donbasda təmas xəttinə yaxın Podlesne kəndi istiqamətində iyirmidən çox tank yerləşdirib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Düşmən (Rusiyanı nəzərdə tutur-red) Ukraynanın nəzarətində olan ərazidəki yaşayış məntəqələrində silah və hərbi texnika yerləşdirməyi davam etdirir “, – deyə Ukrayna Müdafiə Nazirliyindən tankların yerləşdirilməsi barədə xəbərə münasibət bildirilib.