“Azərbaycanla müttəfiqlik, əməkdaşlıq etmək istəyən bir xeyli dövlət var”

Azərbaycanın xarici siyasətinin əsasını balanslaşdırılma təşkil edir. Çoxqütblük şəraitində Azərbaycanın beynəlxalq mövqeləndirmə strategiyasında başlıca prioritet əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı əlaqələrdən ibarətdir.

Bunu  Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfərinə münasibətində politoloq Elman Vəliyev deyib.
Onun sözlərinə görə, Rusiya kimi hegemon bir dövlətlə müttəfiqlik sənədi imzalanması Azərbaycan üçün önəmli məqamdır. Bu sənədi imzalamaqla Rusiyanın Azərbaycana nə qədər önəm verdiyi aydın olur. Çünki Azərbaycanla müttəfiqlik, əməkdaşlıq etmək istəyən bir xeyli dövlət, təşkilat var. Buna görə də Rusiya onları qabaqlamaq istəyir. Bu müqavilədən əvvəl Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsi imzaladı. Əlbəttə ki, Şuşa bəyannaməsinin şaxələri bundan daha genişdir. Azərbaycanın əvvəl Türkiyə sonra Rusiya ilə müttəfiqlik sənədi imzalaması beynəlxalq aləmdə gücünə güc qatdı: “Əminəm ki, bundan Ermənistan olduqca narahatdır”.