Kanada da Rusiyaya qarşı sanksiyalar tətbiq edib

Kanada separatçı qurumların müstəqilliyini tanınması ilə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək.

Bunu Kanada xarici işlər naziri Melani Joli deyib.

Kanada tərəfdaşları və müttəfiqləri ilə birlikdə beynəlxalq hüquqa qarşı bu etinasızlığa sərt cavab verəcək. Biz Rusiyanın Ukraynaya növbəti mümkün hərbi müdaxiləsinə cavab olaraq əvvəlkilərdən fərqli iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşırıq”, – Joli bildirib.