Qaribaşvilidən Ukraynaya dəstək paylaşımı

“Donetsk və Luqanskın Rusiya tərəfindən tanınması beynəlxalq hüququn fundamental prinsiplərinə qarşı növbəti addımdır və təəssüf ki, bu 2008-ci ildə Gürcüstan ərazilərinin işğalını təkrarlayır”.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili öz “Twitter” səhifəsində yazıb.

“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik”, – İ. Qaribaşvili qeyd edib.

Xatırladaq ki, 21 fevral tarixində Rusiya Ukraynanın rus dəstəkləri qüvvələr tərəfindən işğal altındaki qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyin” tanıyıb.