Quzey Kıbrıs Türk Cümhuriyyətinin yeni hökuməti prezidentə təqdim edildi

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Faiz Sucuoğlu nazirlərin siyahısını prezident Ersin Tatara təqdim edib.

Baş nazir Sucuoğlunun siyahısında iqtisadiyyat və energetika naziri Kutlu Evren, xarici işlər naziri Həsən Taçoy, daxili işlər naziri Ünal Üstel, maliyyə naziri Sunat Atun, milli təhsil və mədəniyyət naziri Nazım Çavuşoğlu, kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuz, İctimai işlər və nəqliyyat naziri Erhan Arıklı, səhiyyə naziri Əli Pilli, turizm və ətraf mühit naziri Fikri Ataoğlu, əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu yer alır.

Qeyd edək ki, Baş nazir Faiz Sucuoğlu 1961-ci ildə Bafın Poli şəhərində anadan olub.

Lefkoşa Türk Liseyini bitirdikdən sonra Almaniya hökumətinin verdiyi təqaüdlə Almaniyada tibb təhsilinə başlayıb. Tibb təhsilinin son iki ilini İstanbul Çapa Tibb Fakültəsində tamamlayıb və Zeynep-Kamil Xəstəxanasında ixtisas kursu keçib. İxtisaslaşma dövründə Almaniyadan aldığı təqaüdlə müxtəlif xəstəxanalarda çalışıb.

O, 1993-cü ildə KKTC-yə qayıdıb. Hərbi xidmətdən sonra öz şəxsi klinikasında çalışıb.

2011-ci ilin aprelindən 2013-cü il iyulun 28-dək Milli Birlik Partiyasının Lefkoşa rayon təşkilatının sədri olub.

O, 28 İyul 2013-cü ildə keçirilən erkən seçkilərdə Milli Birlik Partiyasından Lefkoşa millət vəkili olaraq parlamentə daxil olub.

15 iyul 2015-ci ildə qurulan Cümhuriyyət Türk Partiyası Birləşmiş Güclər-Milli Birlik Partiyası Koalisiya Hökumətində turizm naziri, 2016-cı il aprelin 16-da yaradılmış Milli Birlik Partiyası-Demokrat Partiyası Milli Qüvvələr Koalisiya Hökumətində səhiyyə naziri vəzifəsində çalışıb.

7 yanvar 2018-ci ildə keçirilən erkən seçkilərdə UBP Lefkoşa millət vəkili seçilib.

22 may 2019-cu ildə yaradılmış Milli Birlik Partiyası – Xalq Partiyası koalisiya hökumətində əmək və sosial müdafiə naziri vəzifəsində çalışıb. Bu vəzifə 9 dekabr 2020-ci ildə başa çatıb.

O, 31 oktyabr 2021-ci ildə keçirilən qurultayda UBP-nin sədri seçilib.

5 noyabr 2021-ci ildə qurulan UBP-DP Koalisiya Hökumətində Baş nazir vəzifəsində çalışıb.

İngilis və alman dillərini bilir.

  • Ailəlidir, iki övladı var.