Koreya da Rusiyaya qarşı sanksiyalara qoşuldu

Cənubi Koreya Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar beynəlxalq sanksiyalara qoşulmaq və Rusiyaya strateji materialların ixracını qadağan etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Hökumətimiz sanksiyalara qoşularaq strateji materialların Rusiyaya ixracını qadağan edir”, – XİN bildirib.