Rus ordusu Odessaya desant göndərir

Rusiya Odessanın Zatoka və Çernomorsk ərazilərinə desant qüvvələrini göndərməyə davam edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, rus ordusu Ukraynanın Qara dəniz sahilində müdafiə sistemini sıradan çıxarmaq üçün Su-24M bombardmançılarını cəlb edir. Ərazilərə “RBC-500” kaset bombaları atılır.