Rusiyaya dost olmayan ölkələr açıqlanıb

Rusiya hökuməti bu ölkəyə qarşı qeyri-dost hərəkətlər edən dövlətlərin siyahısını hazırlayıb.

Zafertv.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Siyahıya ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan daxil edilib.