Müjgan Ayxanın Türk məşhuru ilə dueti gündəmi sirkələdi…

Sosial şəbəkələrdən ulduzu parlayıb, məşhurluq qazanan model və müğənni Müjgan Ayxan mərhum sənətkar İlhamə Quliyevanın repertuarından olan məşhur “Unut məni!” mahnısını oxuyub.

Sözü gedən əsəri Türkiyənin “PopStar” yarışmasından tanınan Barış Kömürçüoğlu ilə duet oxuyan Müjgan bu ifanın onlara uğur gətirəcəyini bildirib.

Cazibədar müğənni və model işlərinin bununla bitmədiyini, davamlı olacağını qeyd edib.