Mariupola hücum: 150 rus hərbçisi öldürüldü

Ukrayna ordusu düşmənin Mariupola hücumunun qarşısını uğurla alıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Sutka ərzində Ukrayna Hava Qüvvələri düşmənin 4 helikopterini, 1 təyyarəsini vurub. Bir qanadlı raket də qırıcı tərəfindən məhv edilib. Mariupola hücuma keçmək istəyən Rusiya ordusu geri oturdulub. Düşmənin bu hücum zamanı canlı qüvvə itkisi 150 nəfər təşkil edib.

Bundan başqa 2 tank, 7 PDM və 1 zirehli transportyor məhv edilib. Bundan sonra düşmən hücumu dayandıraraq geri çəkilib”, – məlumatda qeyd olunub.