Ermənistanın xarici işlər naziri Fransaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya gedir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ararat Mirzoyan 40-cı Frankofoniya Nazirlər Konfransında iştirak etmək üçün martın 16-da Parisdə işgüzar səfərdə olacaq.