Kadırovdan müraciət: Ukraynada çeçenləri oğurlayıb…

Ukrayna təhlükəsizlik qüvvələri ölkədə yaşayan çeçenləri oğurlamağı dayandırmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında müraciətində deyib.

“Ukrayna Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrinə müraciət edirəm. Yeganə günahı milli mənsubluğu olan və Ukrayna vətəndaşlığı daşıyan günahsız çeçenləri oğurlamağı və naməlum istiqamətə aparmağı dayandırın! Sizi əmin edirəm ki, hakimiyyətin bu cinayəti cəzasız qalmayacaq. Biz bu nasist təzahürlərində iştirak edənlərin hamısını tapıb cəzalandıracağıq”, – deyə Kadırov bildirib.