Ukraynadan milyonlar çıxaran diplomat ələ keçirilib

Avropa Birliyi ölkələrindən birində işləyən ukraynalı diplomat bir milyon dollara yaxın dəyəri olan valyuta, qızıl külçələr və zinət əşyalarını ölkədən çıxarmağa çalışarkən yaxalanıb.

Bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.

“Yaqodin” keçid məntəqəsində DSX müstəntiqləri içərisində təxminən 68 min avro, 140 min ABŞ dolları, 12 kiloqramdan artıq qızıl külçələr, ümumi çəkisi 1,8 kq qızıl-zinət əşyalar olan çanta aşkarlayıb. İddialara görə, səfirlik işçisi “diplomatik çanta” adı altında yükü rəsmiləşdirməyə cəhd edib. Tapılan əmlak dövlətin xeyrinə müsadirə edilib, diplomat 26 milyon qrivna məbləğində cərimələnib.