“F-16 danışıqları müsbət keçib”

Türkiyə və ABŞ nümayəndə heyətləri arasında Ankaraya F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı danışıqlar müsbət və konstruktiv keçib.

 Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“ABŞ-ın müdafiə naziri Oustin ilə danışıqlarımız olub. Sonra iki dəfə Türkiyəyə nümayəndə heyətləri göndərdilər, bu nümayəndə heyətləri bizim nümayəndə heyətləri ilə görüşüb söhbətlər aparıblar. Nümayəndə heyətləri arasında danışıqlar çox müsbət və konstruktiv keçib”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, Vaşinqton Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına görə Ankaranı F-35 proqramından kənarlaşdırıb. Daha sonra Türkiyə lideri ABŞ-dan F-16 qırıcıları almağı təklif etdiyini bildirib.