“Putin dünyanın ağası olacaq” – Vanqa

Gənc yaşlarında görmə qabiliyyətini itirən əfsanəvi görücü Baba Vanqanın Rusiya ilə bağlı proqnozları özünü doğruldur. İllər əvvəl Rusiyanın dünyaya hakim olacağını deyən Vanqa prezident Vladimir Putinlə bağlı ilginc iddia irəli sürüb.

Modern.az xəbər verir ki, Baba Vanqa illər əvvəl Rusiyanın dünyaya hakim olacağını proqnozlaşdırıb və Putinin “dünyanın ağası” olacağını iddia edib.

Vanqanın proqnozları 2018-ci ildə başda İngiltərə mətbuatı olmaqla bir çox media orqanında ortaya çıxıb və mediada gedən xəbərlərdə “Hər şey buz kimi əriyəcək, yalnız biri qalacaq. Vladimirin şöhrəti, Rusiyanın şöhrəti dünyada güclənəcək. Rusiya nəinki sağ qalacaq, həm də dünyaya hakim olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Baba Vanqa Rusiya haqqında proqnozunu verəndə Putinin cəmi 27 yaşı olub.