Şimali Makedoniya 5 rus diplomatını ölkədən çıxarır

Rusiyanın Şimali Makedoniyadakı səfiri Sergey Bazdnikin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya səfirliyinin 5 əməkdaşının “persona non-qrata” elan edildiyinə dair nota verilib.

Zafertv.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanın MİA rəsmi xəbər agentliyi məlumat yayıb.