Mariupol Ukraynanın nəzarətindədir – Britaniya

Rusiya qüvvələri Mariupol istiqamətində irəliləməyə davam edir, lakin şəhərin mərkəzi hələ də Ukraynanın nəzarətindədir.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin son kəşfiyyat icmalında deyilir.

Məlumatına görə, Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, İrpin, Buça və Qostomeldə əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və ruslar bir sıra mövqelərdən çıxarılıb. Lakin Rusiya zərbə imkanlarına görə şəhər üçün hələ də ciddi təhlükə yaradır.