ABŞ: Rusiyaya getməyin, saxlanıla bilərsiniz

Rusiyaya getməyin, orda hakimiyyət amerikalıları həbs edə bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyaya gedən ABŞ vətəndaşlarının təqib olunması istisna deyil:

“Amerikalıları Rusiyaya getməməyə və ya oranı dərhal tərk etməyə çağırırıq. Rusiya təhlükəsizlik xidmətləri ABŞ vətəndaşlarını saxta ittihamlarla həbs edəcək, onlara qarşı ədalətli davranmayacaq, gizli məhkəmələrdə və ya etibarlı sübutlar təqdim etmədən mühakimə edəcək”, – məlumatda deyilir.