Ekspert MİDA-dan narazılıqlarla bağlı açıqlama gözləyir

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib.

Satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub.

Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur.

Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir.

Modern.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz onlayn məzil satışının 4 saniyə ərzində başa çatmasından təəccüblənib.

Ekspert deyib ki, adətən onlayn satış prosesini xeyli sayda dövlət qurumları izləyir.

“Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm.

Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik.

Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik.

Ümid edirəm MİDA bu gün baş tutan satış haqqında, narazılıqlar haqqında ətraflı məlumat verəcək”.