Ukraynada azərbaycanlı zabit ağır yaralandı

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədə gedən müharibədə azərbaycanlı zabit ağır yaralanıb.

Report xəbər verir ki, Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinə məxsus hissələrdən birinin baş leytenantı, əslən Azərbaycanın Göyçay rayonundan olan Əlixan Ruslan oğlu Ağayev ağır yaralanıb.

Xüsusi igidliyi ilə seçilən Ə. Ağayev ağır döyüşdə yaralanıb. O, hazırda Ukraynanın arxa cəbhədə hospitallarından birində yerləşdirilib, vəziyyəti normaldır. Ukrayna vətəndaşı olan azərbaycanlı zabit Dnepropetrovskda doğulub böyüyüb.